Rusiyanın dialoqa hazır olması heç kəsdə şübhə yaratmamalıdır.
Sitat.info xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov vurğulayıb
"Rusiya Federasiyasının Ukrayna ilə dinc danışıqlara hazır olması heç kəsdə şübhə yaratmamalı idi, lakin Kiyevin Kursk bölgəsindəki “macərası” bu mövzunu puç etdi. Biz həmişə xatırlayırıq ki, Vladimir Putin iyun ayında bütün əvvəlki təşəbbüslər və razılaşmalar Kiyev rejimi və onun qərbli himayədarları tərəfindən məhv edildikdən və sabotaj edildikdən sonra bir daha sülh təşəbbüsü irəli sürüb. Baxmayaraq ki, əlbəttə ki, Kursk vilayətindəki avantüradan sonra bu məsələ əhəmiyyətini itirib”, - nazir bildirib.
Nigar,
Sitat.info