"Telegram"ın yaradıcısı Pavel Durovun qardaşı Nikolay Durov yoxa çıxıb.
Sitat.info xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda”ya müsahibəsində Nikolayın keçmiş müəllimi Sergey Rukşin bildirib.
Məlumata görə, o,qardaşının həbsindən sonra mesencerin şifrələmə açarlarını gizlədib. Hazırda onun dəqiq yeri məlum deyil.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılıb. Daha sonra Durovun qardaşı Nikolayın Fransa hakimiyyət orqanları tərəfindən axtarışa verilməsi barədə məlumat yayılıb. Avqustun 28-də Durov məhkəmə nəzarəti altında sərbəst buraxılıb.