Qeydiyyata düşməyən vətəndaş hansı halda cərimələnə bilər?

16:56 3 Sentyabr 2024

Daxili İşlər Nazirliyi Ceyranbatanda vətəndaşın qeydiyyata düşməməsi ilə bağlı 30 AZN cərimələnməsi məsələsinə aydınlıq gətirib.  Qeydiyyata düşməyən vətəndaş hansı halda cərimələnə bilər?

Vətəndaş daimi qeydiyyatda olduğu ünvandan kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyirsə həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) e-polis mobil tətbiqi vasitəsi və ya ərazi üzrə polis orqanına yaxınlaşmaqla olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyət yaradır.  

***15.28

Ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaş cərimələnib.   

Sitat.info xəbər verir ki, Abşeronda yaşayan vətəndaş bildirir ki, həyat yoldaşı ilə qohum evində kirayə qalır. Evlərində yaşadıqları qohumu onları mənzilinə müvəqqəti qeydiyyata aldığı halda, növbə polisi onlara 30 AZN cərimə yazıb. 

Sakinin sözlərinə görə, polis onlardan heç bir sənəd tələb etmədən, bildiriş belə göndərmədən, kirayə qaldıqlarını, qeydiyyata düşmədiklərini bildirib və onları cərimələyib. 

Daxili İşlər Nazirliyi hesab edir ki, bir çox hallarda vətəndaşların yaşadığı ünvan üzrə qeydiyyatının olmadığı müşahidə edilir, bu isə müvafiq dövlət qurumunun qeydiyyatı yaşadığı yerə olmayan hər hansı vətəndaşı axtaranda  onu tapmaq çətinliyi yaradır.

Bu səbəbdən ölkədə yaşadığı ünvan üzrə qeydiyyata düşməyən vətəndaşlar cərimələnəcək. /Baku.ws

Sözügedən cərimə protokolunun fotolarını təqdim edirik:

 



Xəbər xətti