"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu heyətini daha bir məşhur futbolçu ilə gücləndirir.
Sitat.info "SDNA" nəşrinə istinadən xəbər verir ki, Afina təmsilçisi Türkiyənin "Qalatasaray" komandasından Serjiu Oliveyranı transfer edir.
32 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Qarabağ" bu komanda ilə 2025-ci il yanvarın 30-da səfərdə qarşılaşacaq. "Olimpiakos" daha əvvəl "Çelsi", "Arsenal" və "Fulhem" kimi klubların formasını geyinmiş Villianı heyətinə qatıb.