Sentyabrın 4-də saat 23 radələrində Şamaxı şəhərində 1966-cı il təvəllüdlü Laçın Məmmədov və 1975-ci il təvəllüdlü Əlisafa Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlər almaları barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sitat.info-ya bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Fərhad Əhmədov saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.