"Qarabağ"ın U-16 komandası İtaliyada beynəlxalq turnirdə iştirak edəcək

14:58 5 Sentyabr 2024

"Qarabağ"ın 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Sitat.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” turnirində 24 komanda mübarizə aparacaq.

İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina” və “Dinamo” (Zaqreb) kimi tanınmış klublar da var.

C qrupunda yer alan "Qarabağ" sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.

Qrup qalibləri və ikinci yerin sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək. Digər iştirakçılar isə aşağı pillələr uğrunda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, “Blue Devils Cup” turnirinə sentyabrın 8-də yekun vurulacaq.



Xəbər xətti