Rusiyanın Novosibirsk şəhərində 36 yaşlı Natalya Ustinovanın qətli ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb.
Rusiya Federasiyasının region üzrə İstintaq İdarəsinin rəisi Yevgeni Dolqalevin sözlərinə görə, cinayət işinə təqsirləndirilən şəxsin hazırda yaşadığı Azərbaycanda baxılacaq.
Ətraflı
Onun sözlərinə görə, cinayəti başqa ölkənin vətəndaşı törədib. Hazırda şöbə artıq onun təqsirini müəyyən edib, sübutlar toplayıb və qiyabi ittiham irəli sürüb. Cinayət işi Azərbaycana göndərilib.
Xatırlayaq ki, hadisə geniş ictimai rezonansa səbəb olub. 2019-cu ilin sentyabr ayında iki uşaq anası olan 36 yaşlı Natalya Ustinova külli miqdarda nağd pulla maşın almağa gedib və yoxa çıxıb. Oktyabr ayında Kirovski rayonunda boş ərazidə sibirli qadının meyiti tapılıb. Tezliklə şübhəli beynəlxalq axtarışa verilib./lent.az