Mehriban Əliyeva İlham Zəkiyevi təbrik etdi

21:17 7 Sentyabr 2024

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevi “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması münasibətilə təbrik edib.

Sitat.info xəbər verir ki, Mehriban Əliyeva bu haqda instaqram hesabında yazıb.

“Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!”, - paylaşımda qeyd olunub.

 



Xəbər xətti