Naser Kənani Zəngəzur dəhlizindən DANIŞDI

14:29 9 Sentyabr 2024

“İran regionda nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləməyə davam edəcək, lakin beynəlxalq sərhədlərdə istənilən dəyişikliyə qarşıdır”.

Sitat.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

İranlı diplomatın sözlrinə görə, Tehran həm də İrəvan və Bakı arasında sülh danışıqları prosesinin təşviqinin tərəfdarıdır.

“Qafqazda sülh regionun bütün ölkələri üçün faydalıdır. Nəqliyyat kommunikasiyalarının qarşısının alınması regionda sülhün möhkəmlənməsinə kömək edəcək. Putinin Bakıya səfərindən sonra Qafqaz, tranzit dəhlizləri və təklif olunan dəhlizlərlə bağlı dərc olunan xəbərlərin və analitiklərin əsasını Lavrovla eyni müsahibə və Rusiya XİN nümayəndəsinin bəyanatları təşkil edir. Bu məsələ və bu şərhlər bəzən İran və bəzi qonşularımız arasında inkişaf edən münasibətlərə zidd olan müxtəlif baxış və fikirlərə səbəb olub. İran regionda iqtisadi əlaqələr və nəqliyyat marşrutları üzərindəki tıxanmaların aradan qaldırılmasına və Ermənistanla Azərbaycan arasında sülh proqramının irəliləməsinə dəstəyini davam etdirəcək”, - deyə Naser Kənani bildirib.

Kənani vurğulayıb ki, Qafqazda regiondan kənar bəzi güclər və rejimlər region ölkələrinin hesabına Qafqazı qeyri-sabitlik bölgəsinə çevirmək istəyir.

İran rəsmisi hansı region ölkəsindən söhbət getdiyini aydınlaşdırmayıb. 



Xəbər xətti