Misir Mərdanov niyə ulduz kimi qarşılandı? - VİDEO

15:46 9 Sentyabr 2024

Sabiq təhsil naziri Misir Mərdanov tədbirlərin birində ulduz kimi qarşılanıb. Əsasən də xanımlar onunla şəkil çəkdirmək üçün növbə yaradıblar. Video sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, sosial şəbəkə istifadəçiləri Misir Mərdanovun təhsildə hansı nailiyyətlə yadda qaldığı və nə üçün belə sevgi ilə qarşılandığı sualına cavab tapmağa çalışıblar. 

Xatırladaq ki, Misir Mərdanov təhsildə rüşvətin tüğyan etdiyi bir dövrə rəhbərlik edib. İstər savadsız, təhsilsiz müəllimlərin pulla işə qəbulu, istər direktor təyinatları, istərsə də, məktəbdə yığılan təmir pulları, süpürgə pulu və sair onun dövründən yadda qalanlardır. 

Sitat.info həmin videonu təqdim edir. 

Məğrur,

Sitat.info



Xəbər xətti