UEFA Millətlər Liqası: Bu gün 9 oyun baş tutacaq

09:59 10 Sentyabr 2024

UEFA Millətlər Liqasının II turunda bu gün 9 oyun baş tutacaq.

"Sitat.info" xəbər verir ki, A, B, C, D liqalarında yer alan komandalar üz-üzə gələcəklər.

Maraqlı görüşlərdən biri A Liqasının 3-cü qrupunda Niderlandla Almaniya arasında baş tutacaq. Amsterdamdakı "Yohan Kroyff Arena"da keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

AVRO-2024-də iştirak etmiş Gürcüstan yığması səfərdə Albaniyanın qonağı olacaq.

UEFA Millətlər Liqası

II tur

10 sentyabr

A Liqası

22:45. Macarıstan - Bosniya və Herseqovina

22:45. Niderland - Almaniya

B Liqası

22:45. Albaniya - Gürcüstan

22:45. Çexiya - Ukrayna

22:45. İngiltərə - Finlandiya

22:45. İrlandiya - Yunanıstan

C Liqası

20:00. Latviya - Farer adaları

22:45. Şimali Makedoniya - Ermənistan

D Liqası

22:45. Andorra - Malta

Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan yığması ilk turda İsveçə 1:3, II turda isə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.



Xəbər xətti