Paralimpiadadan sonra iki idmançı İTKİN DÜŞDÜ

10:30 10 Sentyabr 2024

Konqo Respublikasından olan iki idmançı Fransada keçirilmiş Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra itkin düşüb.

Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Bildirilir ki, yarışdan sonra nizə atıcısı Mirey Nqanqa, atlet Qreys Muambako və bələdçi komandanın olduğu yerə qayıtmayıblar. Sentyabrın 5-dən sonra onlarla əlaqə saxlamaq mümkün olmayıb. Atletləri son olaraq paralimpiya kəndində görüblər.

Yerli prokurorluq idmançıların itkin düşməsi ilə bağlı araşdırma aparır. Onların bilərəkdən qaçdıqları ehtimal edilir.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatıb.//Report



Xəbər xətti