Rusiya Donetskdə 4 qəsəbəni ələ keçirdi

14:45 10 Sentyabr 2024

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk vilayətinin Qalitsynovka, Qriqorovka, Krasnoqorovka və Vodyanoye yaşayış məntəqələrini ələ keçirdiyini açıqlayıb.
Sitat.info  xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri barədə məlumat verilib.

Rusiya ordusunun  cəbhədə irəliləyişini davam etdirdiyi bildirilən bəyanatda, qeyd edilir ki,   Mərkəzi Hərbi Qrupların birlikləri fəal hərəkətləri nəticəsində "Donetsk Xalq Respublikası"nın Qalitsynovka, Qriqorovka, Krasnoqorovka və Vodyanoye qəsəbələrini azad edib”.

Açıqlamada son 24 saatda 175 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyi, Fransa istehsalı olan Hammer və ABŞ istehsalı olan HIMARS raketlərinin də havada ələ keçirildiyi bildirilib.

 Hərbi əməliyyatın başladığı gündən Ukrayna ordusunsa məxsus 642 təyyarə, 283 helikopter, 31 min 341 İHA, 579 hava hücumundan müdafiə raket sistemi, 17 min 980 tank və zirehli texnika, 1449 ədəd çoxlüləli reaktiv yaylım atəşi sistemi əldə edib. 14 415 haubitsa və minaatan, 25 min 868 xüsusi təyinatlı hərbi maşın məhv edilib .

Seymur, 

Sitat.info

Rusiya ordusu sentyabrın 1-dən Donetsk vilayətində 10 yaşayış məntəqəsini nəzarətə götürüb.



Xəbər xətti