Türkiyə XİN başçısı müsəlman dünyasını həmrəyliyə çağırıb

17:09 10 Sentyabr 2024

Türkiyənin xarici işlər naziri Hakan Fidan müsəlman dünyasını həmrəyliyə çağırıb.

Sitat.info report-a istinadən xəbər verir ki, o, bu barədə Qahirədə Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının 162-ci toplantısında çıxışında deyib.

Nazir söyləyib ki, regional problemlərin öhdəsindən ancaq belə gəlmək mümkündür.

Onun sözlərinə görə, bəzi problemlərin səbəbi məhz müsəlman ölkələri arasındakı fikir ayrılığıdır.



Xəbər xətti