Sumqayıt sakinlərinə ŞAD XƏBƏR

22:26 11 Sentyabr 2024

Bu həftənin sonundan etibarən isə Sumqayıta paytaxtın "Azadlıq prospekti" metro stansiyasından da yola düşmək mümkün olacaq. Metro stansiyanı Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək.

Sitat.info xəbər verir ki, bunu oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd olunub ki, "20 Yanvar" metro stansiyasının yaxınlığından və "Şamaxinka" adlanan ərazidən də Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir.

"Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir.



Xəbər xətti