Ronaldonu 1 milyarddan çox insan izləyir - Dünyada ilk!

09:33 13 Sentyabr 2024

Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldo sosial şəbəkələrdə ümumilikdə bir milyard izləyici sayını keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə oyunçu “X” hesabında məlumat verib.

“Biz tarix yazdıq – 1 milyard izləyici! Bu, sadəcə bir rəqəmdən daha çoxdur. Bu bizim ümumi əzmimizin və sevgimizin sübutudur”, – o yazıb.

Bununla da Ronaldo dünyada ilkə imza atıb.

Qeyd edək ki, ulduz futbolçu “Instagram”, “Facebook”, “X”, “YouTube”, “Kuaishou” və “Weibo” istifadəçisidir.



Xəbər xətti