"Formula 2" pilotu Bakıda uğursuzluqla üzləşib

11:41 13 Sentyabr 2024

"Campos Racing" komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.

 Sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.

Onun avtomobili 6-cı döngədə fırlanıb. Pilot baryerə təmasdan yayına bilib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.



Xəbər xətti