Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb

17:10 13 Sentyabr 2024

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.

 Mübarizəyə saat 17:00-da start verilib.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor birinci olublar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.



Xəbər xətti