Polis zabiti qəzada həlak oldu

09:40 16 Sentyabr 2024

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Sitat.info xəbər verir ki, rayon ərazisində minik avtomobilinin qəzaya uğraması nəticəsində avtomobilin sərnişini Elbəyi Həsənov vəfat edib.

Bildirilir ki, vəfat edən E.Həsənov polis zabitidir. O, Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Xəbər xətti