Goranboyda 6 aylıq körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Sitat.info xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü X.Mamedova övladlarını qonşusunun evinə qoyaraq oranı tərk edib. Qonşunun evinin mətbəxində olarkən onun azyaşlı övladı kibritlə oynamağa başlayıb və 6 aylıq körpə qardaşı Ömərin beşiyinin yanmasına səbəb olub.
Nəticədə körpə uşaq ağır yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.