Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq

16:19 16 Sentyabr 2024

Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 18-igündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.



Xəbər xətti