Bakının tıxaclı YOLLARI

08:57 17 Sentyabr 2024

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Sitat.info  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.



Xəbər xətti