İmişli rayonunda müəllim tədris üçü şərait olmadığından məktəbin qarşısında etiraz edib.
Sitat.info xəbər verir ki, müəllim məktəbin qarşısında, açıq havada yerə xalça salaraq şagirlərini əyləşdirib.
Bildirib ki, hazırda məktəbdə şərait olmadığından bu addımı atır. Bundan sonra rayonun icra nümayəsi əraziyə gələrək, müəllimədən bu etirazını dayandırmağı tələb edib.
Müəllimə ilə icra nümayəndəsinin mübahisəsindən belə anlaşılır ki, iki il öncə istifadəyə verilməli olan məktəb hələ açılmayıb.
Məktəbin yeni tədirs ilinə başlamamasının səbəbi təmir işlərinin yarımçıq qalmasıdır.
Anonim mənbədən saytımıza verilən məlumata görə, aidiyyatı qurumlar məktəbin inşa olunması üçün ayrılan vəsaiti mənimsədiklərindən təmirə hələ yekun vurulmayıb.
Nigar,
Sitat.info