Şoyqu İranda: Azərbaycanla dəhliz məsələsi...

23:31 17 Sentyabr 2024

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana elan olunmamış səfər edib.

Sitat.info  xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, Şoyqu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüş keçirir.

***

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə danışıqlar zamanı İranın Azərbaycanla dəhlizlər və kommunikasiya marşrutları ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib.

Bu barədə “Mehr” məlumat yayıb.

Qeyd edək ki, söhbətin Zəngəzur, yoxsa Şimal-Cənub dəhlizindən getdiyi haqda məlumat yoxdur./ Axar.az



Xəbər xətti