Məhkəmə arvadını intihar həddinə çatdıran şəxslə bağlı qərar verdi

10:13 18 Sentyabr 2024

Şəki Apellyasiya Məhkəməsində özünü öldürmə həddinə çatdırma və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sahil Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 Sitat.info xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 2022-ci ildə Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada 1993-cü il təvəllüdlü Münəvvər Məmmədovanın intihar edib. Hadisədən sonra M.Məmmədovanın əri - İsmayıllı rayonu Gideyli kənd sakini, 1992-ci il təvəllüdlü S.əmmədova cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma və qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış işə təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra cinayət işinin materialları Göyçay Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, 3 uşaq anası olan M.Məmmədovanı həyat yoldaşı intihar həddinə çatdırıb. Məlum olub ki, S.Məmmədov 2014-cü ildə ailə qurduğu Münəvvəri dəfələrlə döyərək amansız rəftar edib, onun valideynlərini söyüb təhqir edərək ləyaqətini mütəmadi olaraq alçaldıb. Həmçinin səhhətində problemlər olan həyat yoldaşını Göyçayın Şahsoltanlı kəndində  uşaqlarından ayrı, şəraitsiz halda olan fermada saxlayıb. Sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə həyat yoldaşının başqa şəxslə mesajlaşdığını öyrəndikdən sonra arvadını döyərək ona xəsarətlər yetirib. 

 

Bundan sonra S.Məmmədov M. Məmmədovaya boşamaq, atasının evinə göndrəmək və uşaqlarını əlindən almaqla hədə-qorxu gəlib, onu intihar həddinə çatdırıb. Nəticədə 29 yaşlı qadın özünü tövlədə asaraq həyatına son qoyub.

Bundan sonra Sahil yaxınları ilə birgə M.Məmmədovanın cənazəsini Göyçaydan yaşadığı İsmayıllı rayonuna aparıb və hər kəsə onun böyrək çatışmazlığından öldüyünü bildirib. Lakin qadının valideynləri bununla razılaşmayıb və mərhumun bədənində xəsarətlərin olduğunu bildirərək hüquq-mühafizə orqanlarından hadisənin araşdırılmasını tələb ediblər.

.Məmmədovanın atası qızının S.Məmmədov tərəfindən öldürüldüyünü iddia edib.

Göyçay Rayon Məhkəməsinin hökmü il həyat yoldaşını intihar həddinə çatdıran şəxsə 5 il həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi. /Pravda.az



Xəbər xətti