Azərbaycanda yeni idman kanalı açılır

15:28 19 Sentyabr 2024

zərbaycanda yeni televiziya kanalı yaradılıb.

Sitat.info Olay.az-a istinadən xəbər verir ki, bununla bağlı "SOY production”nın bədii rəhbəri və həmtəsisçisi Siyavuş Hüseynli məlumat yayıb.

Siyavuş Sport TV adlanan yeni telekanalın tezliklə fəaliyyətə başlayacağını bildirib.

Sözügedən kanalın idman formatında olacağı və tezliklə yerli kabel operatorları tərəfindən yayımlanacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, ölkə ərazisində idman formatında İdman Azərbaycan və CBC sport kanalları mövcüddur.



Xəbər xətti