Növbəti illərdə dünya ciddi ərzaq böhranı ilə sınağa çəkiləcək - Nə etməliyik?

13:06 26 Aprel 2022

Hər kəsə bəllidir ki,  növbəti illər üçün dünya ciddi ərzaq böhranı ilə sınağa çəkilə bilər. Çünki dünyanın iki nəhəng ərzaq istehsalçısı müharibədədir və bu bütün balansı pzub. Azərbaycan da bu iki ölkənin - Rusiya və Ukraynanın əsas alıcılarındandır və ciddi problemlə üzləşə bilər. 

Hamı yerli ishehsalın artırılmasının vacibliyini dərk edir. Hökumət də, müxalifət də, ekspertlər də bundan danışır. Lakin sahibkarların istehsal prosesinə cəlb edilməsi üçün təşviqedici, köklü addımlar atılmır. Nə kimi addımlar atılmalıdır ? Sahibkara mailiyyə dəstəyi necə olmalıdır ki, pulu olmayan, lakin iş görmək istəyən şəxslər istehsal prosesinə cəlb olunsun ? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Natiq Cəfərli bildirir ki, Azərbaycanda yerli istehsalın artırılması vacib hədəflərdən biridir: " Amma bu tək təşviq proqramları ilə mümkün deyil. Təşviq proqramları bunun əsas komponentlərindən birinə çevrilməlidir. Amma əsas məsələ idarəetmənin təkmilləşdirilməsidir. Yəni pərakəndəlik aradan qalxmalıdır, qurumlararası nizamlayıcı əlaqələr,  bir-birini tamamlayıcı addımlar olmalıdır. Kənd təsərrüfatında mühüm rol oynayan yerli icra hakimiyyətləri Onların iş prinsipi dəyişməlidir. Ümumiyyətlə ləğv edilsələr, daha yaxşı olar". 

Natiq Cəfərli qeyd etdi ki, pərakəndəlik və fraqmental idarəetmə bu problemlərin həllində əsas maneələrdən birinə çevrilib : "Əgər idarəetmə ilə bağlı problemlərin həlli ilə paralel olaraq həm də təşviqedici addımlar aparılsa, daha effektiv nəticə olar. Yəni burada əsasən kənd təsərüffatı işçiləri üçün müəyyən vergi güzəştləri və təşviq proqramları var. Amma əsas problemlərdən biri uzunmüddətli və aşağı faizli kreditlərdir ki, bu problem də həllini tapa bilər ki, yeni iş yerləri, istehsal sahələri yaransın. Amma bunlar üçün əvvəlcədən idarəetmənin təkmilləşdirilməsi, bu fraqmental idarəetmə sisteminin aradan qaldırılıb, bir mərkəzdən bir-birini tamamlayan və əlaqəli şəkildə fəaliyyət göstərən idarəetmə sisteminə keçməsi daha məntiqli olardı".

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti