Ukrayna Rusiyanın nüvə anbarını vurdu - Dünya üçün çox böyük təhlükə yarandı! - Xəbər anı...

16:14 21 Sentyabr 2024

Bu gecə Ukrayna silahlı qüvvələri tərəfindən Tver vilayətində Rusiya Müdafiə Nazirliyi Baş Raket Artilleriya İdarəsinə məxsus daha bir sursat anbarına zərbə endirilib.

Sitat.info xəbər verir ki, söhbət üç gün əvvəl Toropets şəhərində yerləşən və Ukrayna tərəfindən məhv edilən 107 saylı arsenaldan 16 km aralıda yerləşən Oktyabrskoye qəsəbəsindəki 23 saylı arsenaldan gedir.

Ukrayna mənbələri anbarda "Satana" adlı nüvə başlıqlı raketlərin saxlandığını iddia edirlər. Lakin Rusiya tərəfindən heç bir rəsmi açıqlama verilmir.

Sitat.info-nun "Xəbər anı"nında ətraflı izləyin...

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti