Belə oğurluq eşitməmişdiniz - Evin darvazasını, su çənini apardılar

13:00 23 Sentyabr 2024

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsi ərazisində bir həyətdən 2000 manat dəyərində darvaza, bir evdən 8000 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər həyətdən isə 700 manat dəyərində su çəni oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı T.Əhmədov  və  əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 26 yaşlı A.Hacızadə müəyyən olunaraq saxlanılıblar. 

Araşdırmalarla T.Əhmədovun müxtəlif vaxtlarda Ramana qəsəbəsi ərazisində 3 evdən ümumilikdə 6100 manat dəyərində məişət əşyaları və elektrik naqili oğurlaması da müəyyən olunub.

Faktlarla bağlı araşdırma aparılır.



Xəbər xətti