"ABŞ-dəki prezident seçkilərində demokratlar və respublikaçılar maksimum dərəcədə süni intellektin rəy yarada bilmək gücündən istifadəyə çalışırlar. Müşahidələrimə və aparılan müzakirələrə əsasən deyə bilərəm ki, Donald Trampa hətta İlon Mask dəstək olsa belə, o, süni intellekt vasitəsilə güclü manipulyasiyalara məruz qalır. Demokratların fakt yoxlanışı ilə əlaqədar güclü şəbəkələri mövcuddur və Trampın dedikləri hərtərəfli şəkildə ifşa əməliyyatına məruz qalır".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
O bildirib ki, Tramp arada özünə qarşı rəqabətdə süni intellektdən istifadə olunduğuna işarə etsə də, bu, özünü doğrultmur: "Kamala Harrisin təyyarəsini yola salan izdihamı əks etdirən real foto Trampı çaşdırıb. Başqa yandan Tramp Teylor Svift adından süni intellekt vasitəsilə düzəldilən bəyanata inansa da, çox keçməmiş belə bəyanatın olmadığı üzə çıxdı. Tramp bundan sonra Sviftə nifrət etdiyini dedi. Məncə, Tramp süni intellekt müstəvisində uduzur, lakin bu, hələ onun seçkidə məğlub olacağı nəticəsini proqnozlaşdırmağa imkan vermir".
Nigar,
Sitat.info