Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb. Bu barədə “Qafqazinfo”ya klubun təsisçilərindən olan Vasif İsmayılov məlumat verib.
O bildirib ki, yeni yaradılan klub AFFA Region Liqasında mübarizə aparacaq.
“Xankəndi” klubu ev oyunlarını Şamaxı Şəhər Stadionunda keçirəcək: “Məşqlərimiz isə Bakıda keçiriləcək. Hazırda heyət formalaşdırılıb, məşqlərə start vermişik. Baş məşqçi isə iki həftədən sonra açıqlanacaq”.