“Hizbullah”ın daha bir komandiri öldürüldü

21:26 24 Sentyabr 2024

İsrail Hərbi Hava Qüvvələrinin Beyruta raket zərbəsi endirməsi nəticəsində “Hizbullah” hərəkatının raket qüvvələrinin komandiri İbrahim əl-Qubaisi məhv edilib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Onunla birlikdə bu terror təşkilatının raket birləşmələrinin digər aparıcı liderləri də hücuma məruz qalıb”, - açıqlamada qeyd olunub.

Qeyd edək ki, bir neçə gün öncə “Hizbullah” hərəkatının silahlı qüvvələrinin komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Akil İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələr nəticəsində öldürülüb./Qafqazinfo



Xəbər xətti