Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

22:02 24 Sentyabr 2024

Sabunçu rayonunun əksər küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sitat.info xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki qaz xətlərində təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 25 sentyabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə N.İsmayılov və Ş.Kamilov küçələrinin bir hissəsinin, Sülh (2/10, 2/11, 1/5), U.B.Pirməmməd, Zabrat, V.Həsənov, H.Balakişiyev, A.Pəri, Əlibalayev, , Dostayevski, Q.Qarayev, D.Bünyadzadə, Ü.Hacıbəyov, M.Maqomayev, T.Mustafayev, C.Şərifov, Y.Qasımov, İnşaatçılar, Ə.Anaplı, H.Araslı, Ə.Cəfərov, Y.Əliyev, Axundzadə, Novruzov, Ə.Bakıxanov, H.Cavid, Krılov, M.Hacınski küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Xəbər xətti