Sabah Nyu-Yorkda Bayramov-Blinken-Mirzoyan görüşü baş tutacaq

15:44 25 Sentyabr 2024

Sentyabrın 26-da Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi  Entoni Blinken və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öz Facebook səhifəsində yazıb.

Hələlik görüşlə bağlı başqa təfərrüatlar yoxdur.

Qeyd edək ki, Mirzoyan və Bayramov bu günlərdə BMT Baş Assambleyasının debatlarında iştirak etmək üçün Nyu-Yorkdadırlar.

Nərgiz,

Sitat.info



Xəbər xətti