Ziya Bünyadov prospektində yolda hərəkətə tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

10:18 28 Sentyabr 2024

Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Sitat.info-ya Daxili işlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, adıçəkilən ərazidə bitum yanacağı daşıyan yük avtomobilinin aşması səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.



Xəbər xətti