Danimarkada İsrail səfirliyinin yaxınlığında partlayış: Saxlanılanlar var

16:26 2 Oktyabr 2024

Danimarka polisi ölkənin paytaxtı Kopenhagendə İsrail səfirliyinin yaxınlığında baş verən partlayışlarla əlaqədar üç nəfəri şübhəli şəxs qismində saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Danimarkanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Qeyd olunur ki, saxlanılan iki nəfər paytaxtın vağzalında, üçüncü şəxs isə Kopenhagendə küçədə saxlanılıb.

09:46

Danimarkada İsrail səfirliyinin yaxınlığında partlayışlar baş verib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Reuters" xəbər verib.

"Kopenhagendəki İsrail səfirliyinin yaxınlığında iki partlayış baş verib, xəsarət alanlar barədə məlumat daxil olmayıb", - deyə xəbərdə bildirilib.

O da vurğulanıb ki, Danimarka polisi partlayışlarla bağlı araşdırmaya başlayıb.



Xəbər xətti