Zaporojye AES-in şöbə rəisinin avtomobili partladıldı - Video

14:50 4 Oktyabr 2024

Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizlik şöbəsinin rəisi Andrey Korotkinin avtomobili partladılıb.

Sitat.info xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Baş Kəşfiyyat İdarəsi partlayışın səhər saatlarında baş verdiyini bildirib.

Hadisənin təfərrüatı barədə məlumat verilmir.

Qeyd edək ki, Zaporojye AES Rusiyanın işğal zonasındadır.



Xəbər xətti