Ədliyyə Nazirliyinin mətbuat xidmətindən " Report "a verilən məlumata görə, son üç ildə axtarışda olan 80-dən çox şəxs Azərbaycana ekstradisiya edilib .
Ötən il Polşada beynəlxalq axtarışda olan şəxs Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunaraq saxlanılıb. Onun ekstradisiyası Ədliyyə Nazirliyi ilə Polşa hakimiyyət orqanları arasında aparılan danışıqlar nəticəsində, eləcə də iki ölkə arasında səmərəli əməkdaşlıq nəticəsində razılaşdırılıb. Sözügedən şəxs Türkiyə vasitəsilə Azərbaycana ekstradisiya edilib və istintaqa təhvil verilib.
Məlumata görə, səmərəli əməkdaşlıq nəticəsində son üç il ərzində axtarışda olan 80-dən çox cinayətkar Azərbaycana ekstradisiya edilib.