Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də, MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Y.Uşakov qeyd edib ki, görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq.