Xəbər verdiyimiz kimi Azərbaycanda qadın ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin canlı efirində qayınanasını öldürdüyünü etiraf edib. O, bilmiyərək qayınanasını itələyərək öldürdüyünü bildirib.
Sitat.info Manset.az-a istinadən xəbər verir ki, qadının etirafından sonra dərhal əməliyyat qrupu ARB televiziyasına gəlib. Məmmədova Əfsanə adıçəkilən kanalda polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.