Xorvatiya iki ildə Ukraynaya 300 milyon avro yardım göstərib

18:42 9 Oktyabr 2024

Xorvatiya 2022-ci ilin fevral ayından Ukraynaya 300 milyon avro yardım edib və Zaqreb Kiyevlə birgə müdafiə məhsulları istehsalına və kəşfiyyat məlumatlarının mübadiləsinə ümid edir.

Sitat.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Ukrayna Prezidenti Vladimir Zelenski arasında uzunmüddətli əməkdaşlıq və dəstək haqqında imzalanan sazişdə deyilir.

"2022-ci ilin fevral ayından Xorvatiya Ukraynaya ümumilikdə təxminən 300 milyon avroluq iqtisadi, maliyyə, humanitar və digər yardımlar göstərib. Buraya 11 hərbi yardım paketi daxildir”, - deyə Plenkoviç bildirib.



Xəbər xətti