Yutub ilk beş saniyə ərzində reklamı "keç" düyməsini gizlədən yeni tətbiqini istifadəyə verib.
Sitat.info xəbər verir ki, bu müddət bitməzdən əvvəl düymə boz düzbucaqlı fonun arxasında gizlənir və yalnız müəyyən vaxt keçdikdən sonra aktivləşir.
Bu funksiya hazırda Yutubun mobil proqramlarında sınaqdan keçirilir və gələcəkdə bütün platformada tətbiq ediləcəyi gözlənilir. Bununla da pulsuz istifadəçilər üçün reklamlar qaçılmaz olacaq. Hal-hazırda Yutub pulsuz hesablar üçün iki növ reklam göstərir. Bunlardan biri tamamilə izlənilməli olan “keçilməz” reklamlar, digəri isə beş saniyədən sonra buraxıla bilən reklamlardır.
Yeni funksiyaisə keçilə bilən reklamların müddətini uzadacaq və istifadəçilərdən daha çox reklam izləməyi tələb edəcək. Yutub Premium abunəçilərinə isə bu yenilik təsir etməyəcək.
Qeyd edək ki. Yutub gəlirinin böyük hissəsini reklamlar vasitəsilə əldə edir. Şirkət bunun pulsuz istifadəçilərin reklamlara baxması üçün istifadə şərtlərinin bir hissəsi olduğunu vurğulayır. Gözlənilən odur ki, bu yenilik reklamçıların maraqlarını təmin etməyə yönəlsə də, pulsuz istifadəçiləri o qədər də məmnun etməyəcək.
Məğrur,
Sitat.info