Azərbaycanda yeniyetmə qızdırmadan ölüb.
SİTAT.İNFO lent.az-a istinadən bildirir ki, hadisə Şirvan şəhərində qeydə alınb.
2007-ci il təvəllüdlü Mirramil Nəzərli Şirvan şəhər Mərkəzi Xəstəxanasına daxil olub və yüksək hərarətdən orada ölüb.
Yeniyetmənin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.