Ukrayna prezidenti Vladimir Zelenski Şimali Koreyanın Rusiya qüvvələrinə qoşun göndərdiyini iddia edib.
Sitat.info xəbər verir ki, Zelenski bu vəziyyətin, Ukraynanın müdafiə əlaqələrinin yenidən qiymətləndirilməsini tələb etdiyini bildirib. “Biz Rusiya ilə Şimali Koreya kimi rejimlər arasında artan ittifaqı görürük. Söhbət təkcə silah transferindən getmir. Əslində məsələ Şimali Koreyadan işğalçının hərbi qüvvələrinə insanların köçürülməsindən gedir. Aydındır ki, belə hallarda tərəfdaşlarımızla münasibətlərimiz yaxşılaşdırılmalıdır. Cəbhənin daha çox dəstəyə ehtiyacı var”
Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində Şimali Koreyanın Ukraynadakı Rusiya qüvvələrini dəstəkləmək üçün qoşun göndərdiyini iddia edib.
O bildirib ki, Şimali Koreyanın bu hərbi addımına görə Ukraynanın tərəfdaşları ilə müdafiə münasibətləri dəyişməlidir.
Zelenskinin iddiasına əlavə olaraq, Cənubi Koreyanın müdafiə naziri Kim Yong-Hyun da keçən həftə Şimali Koreyanın Ukraynaya qoşun göndərmə ehtimalının yüksək olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov iddialara belə cavab verib: “Bu, növbəti saxta xəbərə bənzəyir”.
Şimali Koreya rəsmi mediası isə, Rusiya ilə Şimali Koreya arasındakı münasibətlər barədə yazır: "Putin və Kim Çen Inın Pxenyan Sammitində əldə etdikləri yeni razılaşma hər iki ölkənin müharibə vəziyyətində təcili hərbi yardım göstərmək üçün bütün mümkün vasitələrdən istifadə etməsini ehtiva edir".
Məğrur,
Sitat.info