Azərbaycanın borcu ilə bağlı MÜHÜM XƏBƏR

13:20 16 Oktyabr 2024

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3 milyard 51 milyon 600 min manat (2024-cü ildə nəzərdə tutulandan 302 milyon 700 min manat az) təşkil edəcək.

Sitat.info  Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, Milli Məclisə göndərilən 2025-ci ilin dövlət büdcəsinə dair qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, büdcə kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2025-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı, həmçinin məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına həmin fondların kəsirinin bağlanması daxilində) hesabına həyata keçiriləcək.

Sənəddə 2025-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 milyard manat (2024-cü ildə nəzərdə tutulandan 300 milyon manat çox), xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 3 milyard 500 milyon manat (1 milyard 800 milyon manat çox) nəzərdə tutulur. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 2 milyard manat (900 milyon manat çox) məbləğində müəyyən edilib.



Xəbər xətti