Tovuzda şərab zavodu yanır - FOTO

10:13 17 Oktyabr 2024

Tovuzda şərab zavodu yanır.

Sitat.info xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən şərab zavodunda anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda  yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.



Xəbər xətti