Fevralın 24-də başlayan müharibə bütün Ukraynada can almaqda davam edir. Ukraynanın paytaxtı Kiyevin şimal-qərbindəki Buçada Rusiya qüvvələrinin bölgədən çıxarılmasından sonra bir çox mülki vətəndaşın cəsədləri aşkar edilib.
SİTAT.İNFO xəbər verir ki, yüzlərlə mülki şəxsin əlləri arxada bağlanmış cəsədi tapıldıqdan sonra, Ukrayna hərəkətə keçərək qətliamın arxasındakı şəxsi müəyyən etmək üçün araşdırmaya başlayıb.
Kiyev kəşfiyyat mənbələri əsas şübhəli kimi bölgəni işğal edən 64-cü motoatıcı briqadanın komandiri, polkovnik-leytenant Azatbek Omurbekovu müəyyən edib.
Rus ordusunun Kiyevdən çıxarılmasından sonra bu bölmənin taleyi və Putinin “Buça qəssabı” kimi tanınan Omurbekova hansı vəzifəni tapşırdığı maraq doğurub.
Britaniyanın “Daily Mail” qəzetinin yazdığına görə, əvvəlcə Belarusa doğru geri çəkilən bölmə, daha sonra müharibənin ən qaynar nöqtəsinə çevrilən Donbasa göndərilib.
Xəbərdə deyilir ki, Putinin verdiyi əmrin əsas məqsədi Buçada baş verənləri bilən hər kəsin müharibədə ölməsidir.
Kəşfiyyat hesabatlarında Donbassdakı bölmənin böyük itki verdiyinə dair məlumatlar var. Bölgədən gələn görüntülər də bu xəbərləri təsdiqləyir.
Ötən həftələrdə Omurbekov və onun tabeliyində olan əsgərlə bağlı Putinin reaksiyasına səbəb olan addım atılıb.
Putinin 64-cü motoatıcı briqadasına “qvardiya” adı verilib və Putinin imzaladığı prezident fərmanında bölmənin ölkənin və dövlət maraqlarının qorunmasında kütləvi qəhrəmanlıq göstərdiyi bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Buça şəhərində həlak olan mülki şəxslərin görüntülərinin ABŞ-ın Rusiyaya impiçment elan etmək planının bir hissəsi kimi təqdim edildiyini açıqlayıb.
Safura Bənnayeva
SİTAT.İNFO