Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

15:55 18 Oktyabr 2024

Bu ilin sentyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (52,06 MB/S) görə 159 ölkə arasında 95-ci yerdə qərarlaşıb ki, bu da avqusta nisbətən 9 pillə irəliləyiş deməkdir.

Sitat.info “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (29,29 MB/S) ilə müqayisədə isə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 77,7 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (305,01 MB/S), axırıncı yeri isə Kuba (2,77 MB/S) tutub.

Azərbaycan sentyabrda mobil internetin sürətinə görə avqust ayına nisbətən 55,62 MB/S sürətlə 112 ölkə arasında 3 pillə geriləyərək 48-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (413,14 MB/S), sonuncu yeri isə Yəmən (8,48 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 11 pillə irəliləyərək 207 şəhər arasında 53,14 MB/S sürətlə 120-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (334,95 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,83 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə 72,19 MB/S sürətlə 162 şəhər arasında avqust ayına nisbətən 2 pillə geriləyərək 71-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (464,09 MB/S), sonuncu yeri Kabil (8,99 MB/S) tutub.



Xəbər xətti