İsrailin Livana hücumları nəticəsində azı 6 nəfər ölüb

16:38 18 Oktyabr 2024

Dünən gecədən bu gün səhər saatlarına qədər İsrail döyüş təyyarələrinin Livanın cənub və şərqində müxtəlif bölgələrə hücumu nəticəsində azı 6 nəfər ölüb, bir məscid dağıdılıb.

Sitat.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, Mülki Müdafiə Baş İdarəsi tərəfindən edilən yazılı açıqlamada İsrailin ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlardan sonra mülki müdafiə qruplarının həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verilib.

Açıqlamaya görə, Nəbatiyyə vilayətinin Əd-Duveyr qəsəbəsində İsrail ordusunun hava hücumunun hədəfi olan evdə yanğın baş verib. Axtarış-xilasetmə qrupları 4 nəfərin cəsədini evin dağıntıları altından çıxarıb.

Livanın cənubundakı Əl-Kəlilə qəsəbəsinə təşkil edilən hücumda da iki nəfərin cansız cəsədi dağıntılar altından çıxarılıb.

Seymur BƏNNAYEV 

Sitat.info



Xəbər xətti