Amerikalı mühəndislər dron yaratmaq üçün Leonardo da Vinçinin eskizlərindən istifadə ediblər.
Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edilir ki, 15-ci əsrdə Leonardo da Vinçi “Arximed vinti”ndən istifadə edərək təyyarə konseptini təklif edib. “Arximed vinti” qədim zamanlarda suyu hərəkət etdirmək üçün istifadə edilirdi. Müasir dizaynerlərin fikrincə, havanın hərəkəti üçün isə tamamilə fərqli bir formalı pərvanə lazımdır.
Bununla belə, universitet tələbələri “Crimson Spin” dronunu yaratmaq üçün köhnə eskizlərdən istifadə ediblər.
Kadrlarda göründüyü kimi, dron havaya qalxıb hərəkət edə bilir, qeyri-adi pervaneler isə dronlar üçün xarakterik olmayan səs-küy yaradır.
“Bunun işləməsi məni çox təəccübləndirdi”, - drondan istifadə edərək magistrlik dissertasiyasını müdafiə edən Austin Prete bildirib.
Prete artıq bu aparatla işini davam etdirməyəcək, çünki ona artıq istehsal şirkətlərindən birində vəzifə təklif olunub. Bununla belə, o, ümid edir ki, başqası cihazı optimallaşdıra, onu daha da böyüdə və sərnişinlərin uçuşu üçün uyğunlaşdıra biləcək.